“İnter”də növbəti itki: ABŞ-ı tərk etdi
“İnter”in və İtaliya millisinin mərkəz yarımmüdafiəçisi Davide Frattesi klublararası dünya çempionatında artıq iştirak etməyəcək.
Aut.az xəbər verir ki, o, zədə səbəbindən ABŞ-ı tərk edərək bərpa prosesi üçün İtaliyaya qayıdıb. Bu barədə futbolçunun özü “Instagram” hesabındakı hekayə bölməsində məlumat verib:
“Klub və məşqçilər heyətinin razılığı ilə, “Barselona”ya qarşı oyundan sonra məni tərk etməyən problemin dəqiq diaqnostikasından keçmək üçün İtaliyaya qayıdıram. Tezliklə görüşərik. Komanda yoldaşlarıma uğurlar arzulayıram”, – deyə Frattesi bildirib.
Qeyd edək ki, futbolçu bu turnirdə hələ bir oyunda da meydana çıxmayıb. Ondan əvvəl “İnter”in daha dörd futbolçusu Benjamin Pavar, Yan Bissek, Hakan Çalhanoğlu və Pyotr Zelinski də eyni səbəbdən ABŞ-ni tərk edib.
Qeyd edək ki, bu gün”İnter” KDÇ-2025-in 1/8 final mərhələsində Braziliyanın “Fluminense” klubuna qarşı oynayacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Aut.az
