Basketbol

Basketbolda görünməmiş olay: Topu öz səbətinə adı – VİDEO

Kamerun və Avstraliya milli komandaları arasında FIBA ​​19 yaşadək futbolçular arasında dünya çempionatının qrup mərhələsi matçında anlaşılmaz epizod baş verib.

Aut.az xəbər verir ki, kamerunlu Amadou Seyni topu öz komandasının səbətinə göndərib. Həmin vaxt avstraliyalılar oyunun bitməsinə 50 saniyədən az vaxt qalmış 6 xal geridə olublar.

Bundan sonra meydanda çaşqınlıq yaranıb, baş verənlərə heç kim inana bilməyib.

Nəticədə Avstraliya millisi əsas vaxtın sonuna kimi hesabı bərabərləşdirə bilib və əlavə vaxtda qalib gəlib – 101:96.

Aut.az