Balotelli Parisdə podiuma çıxdı – FOTO
“Mançester Siti”, “Milan” və “Liverpul”un keçmiş hücumçusu Mario Balotelli model olub.
Aut.az xəbər verir ki, Balotelli Paris Kişi Moda Həftəsində podiuma çıxıb.
İtalyan “KidSuper” brendinin 2026-cı ilin yaz kişi kolleksiyasının şousunda iştirak edib.
Brend Balotelliyə şouda iştirak etdiyinə görə təşəkkür edərək, onu “mütləq əfsanə” adlandırıb.
Avqustda 35 yaşı tamam olan Balotelli “Cenoa”dan ayrıldıqdan sonra klubsuz qalıb.



Aut.az
