Kateqoriyasız

Onu qorilla ilə müqayisə edən komanda yoldaşını müdafiə etdi – FOTO

“Mançester Yunayted”in qapıçısı Andre Onana sosial şəbəkədə 19 yaşlı komanda yoldaşı Alexandro Qarnaçonu müdafiə edən paylaşım edib.

Aut.az xəbər verir ki, daha əvvəl Qarnaço mərkəzdə Onananın olduğu komanda şəklini dərc edərək, ona qorillaları təsvir edən 2 emoji əlavə edib.

Bundan sonra FA-nın argentinalını irqçiliyə görə cəzalandıra biləcəyi barədə məlumatlar ortaya çıxdı.

Bundan sonra Onana sosial şəbəkədə yazıb: “Düşünürəm ki, insanlar bundan iddia etməməlidirlər. Qarnaçonun nə demək istədiyini dəqiq bilirəm – güc və iradə. Bu məsələ bundan daha uzağa getməməlidir”.

Onu qorilla ilə müqayisə edən komanda yoldaşını müdafiə etdi – FOTO

Aut.az