Əfsanəyə məsləhət verdi: Bil ki…
“İndiana” və “Minnesota” leçmiş oyunçusu Ceff Tiq “Los-Anceles Leykers”forvardı Lebron Ceymsə ə məsləhət verib.
Aut.az xəbər verir ki, o, 40 yaşlı əfsanənin karyerasını bitirməsinin vaxtının çatdığını bildirib:
“Bron, bunu hörmətsizlik kimi qəbul etmə… Sən mənim sevimli oyunçumsan və məncə, bütün dövrlərin ən böyüyüsən. Amma artıq yorulmuşam, qardaş. Əgər hələ də hansısa komandaya keçmək istəyirsənsə, bil ki, mən və sənin azarkeşlərin, biz yorulmuşuq”.
Qeyd edək ki, 40 yaşlı Lebron 2024/25 mövsümündə 70 matçda çıxış edərək orta hesabla 24,4 xal, 7,8 ribaund və 8,2 asist göstərib.
Aut.az
