Dünya futbolu

Messinin atası bu klubun prezidenti ilə görüşəcək: Nə baş verir?

“İnter Mayami” və Argentina millisinin ulduz hücumçusu Lionel Messinin Səudiyyə Ərəbistanına transfer ola biləcəyi iddia olunur.

Aut.az xəbər verir ki, bu barədə yerli “Al-Yaum” məlumat yayıb.

Argentinalı futbolçunun atası Xorxe Messi yaxın günlərdə “Əl-Hilal” klubunun prezidenti Bin Nafel ilə görüşəcək. Görüş ABŞ-də keçiriləcək. Hazırda klublararası dünya çempionatı bu ölkədə davam edir və səudiyyəli klub rəhbəri turnirdə komandasını yaxından izləmək üçün oradadır.

Messinin “İnter Mayami” ilə müqaviləsi 2025-ci ilin son günnə qədər qüvvədədir.

Aut.az