İngiltərə

“Liverpul”dan ayrılır: Üç nəhəngin hədəfindədir

“Liverpul”un mərkəz müdafiəçisi İbrahima Konate müqaviləsi 2026-cı ilin yayında başa çatdıqdan sonra İngiltərə klubunu tərk etməyə hazırlaşır.

Aut.az xəbər verir ki, bu barədə “Footmercato” məlumat yayıb.

Mənbənin sözlərinə görə, fransalı futbolçu yeni çağırış istəyir. Mersisaydlılar onunla müqavilənin uzadılması ilə bağlı danışıqlar aparsa da, tərəflər razılığa gələ bilməyib. Bir neçə klub Konatenin durumundan xəbərdardır və 26 yaşlı müdafiəçini transfer etmək istəyir. Bu komandalar “Real”, “Barselona” və PSJ-dir. Futbolçunun özü “Real”a keçməyə üstünlük verir.

Konate 2021-ci ilin yayından “Liverpul”da çıxış edir. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 60 milyon avrodur.

Aut.az