“Karvan”da növbəti ayrılıq
Yeni mövsümdən Azərbaycan Premyer Liqasında iştirak edəcək “Karvan”da növbəti ayrılıq gerçəkləşib.
Aut.az xəbər verir ki, komandanın hücumçusu Bəhruz Teymurovla yollar ayrılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Futbolçunun müddəti başa çatan müqaviləsi uzadılmayıb.
Teymur başa çatan mövsümdə 13 qol vurub.
“Karvan” daha öncə komandanın aparıcı oyunçuları – Ezekiel Morqan və Emil Qasımovla vidalaşmışdı.
