Azərbaycan futboluDünya futbolu

Murad Musayev : “Sabah”da bunun sayəsində uğur qazandıq

“Sabah”ın sabiq baş məşqçisi Murad Musayev Azərbaycanda işlədiyi dövrdən danışıb.

Aut.az xəbər verir ki, hazırda Rusiyanın “Krasnodar” klubunu çalışdıran mütəxəssis “Sport Ekspress”ə açıqlamasında “Sabah”dakı işi ilə fəxr etdiyini bildirib:

“Mən Azərbaycana gedəndə biz orada çoxlu yeni şeylər sınamağa başladıq. Təzə ideyalar, emosiyalar, əla nəticələr ortaya çıxdı. Bu işlə qürurlanıram. Çünki “Sabah” indi ölkədə böyük klub sayılır və artıq Vasili Beresutski ilə kuboku qazandıqdan sonra üçüncü dəfə avrokuboklarda oynayacaq. Bu işimlə fəxr edirəm.

Mən komandaya gedəndə “Sabah” sonuncu yerdə idi. Mövsümün sonunda isə beşinci yeri tutduq. Növbəti mövsümdə isə artıq gümüş medal qazandıq. Gözəl futbol oynayaraq və hibrid sxemlərlə bunu etdik. Bunların hamısından keçmək lazım idi – çətinliklər, şübhələr. “Krasnodar”a qayıtmaq çox çətin oldu. Bunların hamısından keçməli idik ki, uğura çata bilək”.

Qeyd edək ki, Murad Musayev 2021-2024-cü illərdə “Sabah”ı çalışdırıb. “Krasnodar” ötən mövsüm Musayevin rəhbərliyi altında tarixində ilk dəfə Rusiya çempionu olub.

Aut.az