Dost deyilik, amma ona böyük ehtiramım var: Messi kimi nəzərdə tutur?
“İnter Mayami”nin ulduzu Lionel Messi Kriştiano Ronaldoya münasibətindən danışıb.
Aut.az xəbər verir ki, argentinalının sözlərini jurnalist Fabritsio Romano sitat gətirib.
“Kriştiano Ronaldoya və onun karyerasına böyük hörmət və ehtiramım var. O, hələ də ən yüksək səviyyədə yarışır.
Meydandan kənarda biz iki normal oğlanıq. Dost deyilik, çünki birlikdə vaxt keçirmirik, lakin hər zaman bir-birimizə böyük hörmətlə yanaşmışıq”, – Messi deyib.
Aut.az
