Dünya futbolu

“2-3 ay Messinin forması ilə yatmışam”

“Espanyol”un keçmiş futbolçusu Maias Varqas maraqlı açıqlama verib.

Aut.az xəbər verir ki, argentinalı vingeri həmyerlisi Lionel Messinin çirkli köynəyi ilə yatdığını deyib.

“İki-üç ay Messinin köynəyinin yanında yatdım, o, yastığımın yanında idi. Olduğu kimi  – çirkli. Ona qarşı oynadım və biz formaları dəyişdik. Anam dedi ki, icazə verin, onu yuyum.. Mən ona köynəyə toxunmamasını tapşırdım”, – deyə hazırda Çinin “Şanxay” klubunda çıxış edən Varqas bildirib.

Qeyd edək ki, o, 2020-ci ildə “Barselona” ilə oyundan sonra həmyerlisi Lionel Messiylə formasını dəyişib.