Almaniyaİngiltərə

Böyük transfer reallaşır: Görün valideynləri nə qədər qazanacaq

Yarımüdafiəçi Floryаn Virts “Liverpul”la tibbi baxışdan uğurla keçib.

Autaz xəbər verir ki, artıq iyunun 20-də klub transferi rəsmən açıqlayacaq. Bu barədə almaniyalı insayder Floriаn Plettenberq məlumat yayıb.

Ekspertlərin hesablamalarına əsasən, bu keçid “Liverpul”a ümumilikdə 204,9 milyon funt sterlinqə başa gələcək. Bu məbləğə transfer haqqı, bonus ödənişləri və futbolçunun klubdakı 5 il üçün planlaşdırılan əməkhaqqısı daxildir. Bildirilir ki, yarımmüdafiəçi “Enfild”də ildə 10,4 milyon funt qazanacaq.

Bu keçiddən Virtsin valideynləri də ciddi qazanc əldə edəcəklər. Onların hesabına 8,6 milyon funt köçürüləcək. Səbəb isə ondan ibarətdir ki, Floryаnın valideynləri onun agentləri kimi çıxış edir və “Liverpul”la danışıqlarda onun maraqlarını məhz onlar təmsil ediblər. Xüsusilə atası “Bayern” rəhbərliyindən Uli Hönesslə də birbaşa əlaqədə olub, onunla şəxsi mülkündə görüşlər keçirib.

Qeyd edək ki, Virts ailəsi qeyri-adi dərəcədə futbolla bağlıdır. Ata yalnız agent kimi yox, həm də övladlarının futbol karyerasına başladığı klubun rəhbəri kimi fəaliyyət göstərir. Floryаnın bacısı da futbolçudur. O, hazırda “Verder”in qadın komandasında və Almaniya millisində çıxış edir. O da vaxtilə qardaşı kimi “Bayer”də oynayıb.

Aut.az