Alonso iddiasını ortaya qoydu: Futbolçularım buna layiqdir
“Bayer”in baş məşqçisi Xabi Alonso Avropa Liqasının yarımfinal mərhələsinin cavab oyununda “Roma” ilə heç-heçə edib (2:2) finala yüksəldikdən sonra fikirlərini bildirib.
Aut.az xəbər verir ki, Alonso Leverkuzen klubunun trebl qazanmaq şansının yüksək olduğunu bildirib.
Bundan əvvəl “Bayer” Bundesliqanın qalibi olub və “Kayzerslautern”lə oynayacağı Almaniya kubokunun finalına çıxıb.
“Finalda olduğumuz üçün şadıq. Nəticədə bir həftə ərzində iki final keçirməliyik. Bu gün onların ikinci qolundan sonra xarakter göstərdik. Futbolçularımın gözündə daha çox istək gördüm. Bizim üç titul qazanmaq şansımız var və mənim futbolçularım buna layiqdir”, – UEFA-nın mətbuat xidməti Alonsonun sözlərini sitat gətirib.
Aut.az
