Alonso ilk bəhanəsini “xərclədi” – Vaxt az idi
“Real Madrid”in baş məşqçisi Xabi Alonso komandanın “sükanı arxasında” debüt matçından danışıb.
Xatırladaq ki, “Kral klubu” klublararası dünya çempionatının qrup mərhələsinin ilk turunda Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu ilə heç-heçə edib – 1:1.
Aut.az xəbər verir ki, Xabinin sözlərini ESPN sitat gətirib.
“Dəyişikliklərin vaxt aparacağını bilirdim. Düzəliş edilməli olan aspektlər var və biz bunu edəcəyik. Kifayət qədər vaxt yoxdur. Hazırlaşmaq üçün cəmi doqquz günümüz var idi və bəzi oyunçuların cəmi üç məşqi oldu. Bu o qədər də sadə deyil, amma biz turnirdəyik və öyrənməyə çalışırıq. Planlarımızı həyata keçirmək üçün vaxt lazımdır”, – Alonso deyib.
Aut.az
