İngiltərə

“Siti”nin yeni transferi bu komandanı öldürmək istəyir: Səbəbini də açıqladı

“Mançester Siti”nin yeni futbolçusu Rayan Şerki iddialı açıqlama verib.

Aut.az xəbər verir ki, 21 yaşlı fransalı futbolçunun sözlərini “Manchester Evening News” sitat gətirib.

“Siti”nin cinah oyunçusu “Lion”u 2024/25 Avropa Liqasından kənarlaşdırdığı üçün “Mançester Yunayted”dən qisas almaq istəyir.

“Mən “Lion”un yetirməsiyəm. Onların “Liona”a qalib gəlməsi məni qəzəbləndirdi. İndi onları öldürmək üçün oyunu gözləyirəm. Mən bütün oyunlarda qalib gəlmək üçün buradayam”. – Şerki deyib.

“Mançester Yunayted” və “Lion” Avropa Liqasının dörddəbir final mərhələsində qarşılaşıblar.

Şerki hər iki görüşdə qol vursa da, bu, “toxucular”ın yarımfinala yüksəlməsinə kömək etməyib.

Aut.az