“Real” yeni səfər formasını təqdim etdi – FOTO
“Real Madrid”in mətbuat xidməti rəsmi saytında komandanın 2025/2026 mövsümündə geyinəcəyi yeni səfər formasını təqdim edib.
İspan klubunun texniki sponsoru Almaniyanın məşhur “Adidas” şirkətidir.
Xatırladaq ki, “Real” 2024/2025 mövsümünü İspaniya Primera Liqasında “Barselona”dan 4 xal geri qalaraq 2-ci yeri tutub.
Yeni mövsümdə “Real”a Xabi Alonso başçılıq edəcək.
Aut.az

