Çempionlar Liqasıİspaniya

Modriç “Real”ın tarixinə düşdü

“Real”ın xorvatiyalı yarımmüdafiəçisi Luka Modriç rekorda imza atıb.

Aut.az xəbər verir ki, o, buna Çempionlar Liqasınn 4-cü turu çərçivəsində keçirilən “Milan”la matçda (1:3) iştirak etməklə nail olub.

Sözügedən görüşdə o, 63 dəqiqə meydanda olub. Bu oyun xorvatiyalının Çempionlar Liqasında “Real” forması ilə 99-cu matçı olub. Bununla Luka Toni Kroosu keçərək və Madrid klubunun heyətində ÇL-də ən çox oyun keçirən futbolçu olub.

Luka Modriç 2012-ci ildə “Tottenhem”dən Madrid klubuna 35 milyon avroya transfer edilib. Bu mövsüm yarımmüdafiəçi bütün turnirlərdə 17 oyun keçirib və 4 məhsuldar ötürmə edib.

Aut.az