Sərdar paylaşım etdi: İran təbrizli igid oğulları ilə… – FOTO
İran yığmasının futbolçusu Sərdar Azmun İsrailin hücumu fonunda İranı dəstəkləyib.
Aut.az xəbər verir ki, “Şəbab Əl-Əhli”nin 30 yaşlı hücumçusu İranın xəritəsini qucaqlayan iranlı əsgərin şəklini sosial şəbəkədə paylaşıb və yazıb:
“Təbrizli igid oğulları ilə İran yıxılmayacaq”.
İyunun 13-nə keçən gecə İsrail İrandakı hərbi və infrastruktur obyektlərinə, o cümlədən nüvə obyektlərinə kütləvi hücum edib. Bildirilib ki, 78 nəfər ölüb, 300-dən çox insan yaralanıb.
Aut.az

