Dünya futbolu

Ronaldodan narazıdırlar

Səudiyyə Kubokunda sensasiya qeydə alındığı barədə məlumat vermişdik.

Aut.az xəbər verir ki, Kristiano Ronaldonun çıxış etdiyi “Əl-Nəsr ” 1/8 final mərhələsində “Əl-Taavun” tərəfindən mübarizədən kənarlaşdırılıb – 0:1.

Ər-Riyad klubu 90+6-cı dəqiqədə məğlubiyyətdən. Lakin Ronaldo penaltini qola çevirə bilməyib. Bu, azarkeşlər və jurnalistlər arasında xeyli tənqidə səbəb olub.  “Əl-Nəsr” fanatları Kriştianonun məğlubiyyətə görə üzr istəməməsindən, sosial şəbəkələrdə sadəcə bir neçə kəlmə yazmasından xüsusilə narazıdırlar.

Maraqlıdır ki, klub Kriştiano Ronaldonun dövründə bir dənə də olsun titul qazanmayıb.

Qeyd edək ki, Portuqaliyalı superulduz 2023-cü ildə Səudiyyə Ərəbistanı klubuna keçib.

Aut.az