Nə baş verir? – “Siti”nin ulduzları “Arsenal” yolunda
“Mançester Siti”nin yarımmüdafiəçiləri Cek Qriliş və Fil Foden yay transfer pəncərəsində komandanı tərk etməyə yaxındırlar.
Aut.az xəbər verir ki, bu barədə “talkSPORT” məlumat yayıb.
Mənbənin qeyd etdiyinə görə, hər iki oyunçu “Mançester Siti”də birlikdə çalışdıqları Mikel Artetanın rəhbərlik etdiyi “Arsenal”a qoşula bilər. İspaniyalı mütəxəssis yaxşı tanıdığı futbolçuları sərəncamına görmək istəyir.
Qrealiş klublararası dünya çempionatı üçün “şəhərlilər”in heyətinə daxil edilməyib. “Siti”nin 29 yaşlı yarımmüdafiəçi ilə ayrılmağa hazır olduğu və onun satışından təxminən 50 milyon funt-sterlinq əldə etmək istədiyi bildirilir. Qrealiş həmçinin “Napoli”, “Everton”, “Bayer” və “Tottenhem”in də maraq dairəsindədir.
Aut.az
