Coşua karyerasını bu tarixdə bitirəcək: Promouteri açıqladı
Boks üzrə keçmiş dünya çempionu Entoni Coşuanın promouteri Eddi Hirn britaniyalının karyerasını nə vaxt bitirməyi planlaşdırdığını açıqlayıb.
Aut.az xəbər verir ki, onun sözlərini ESPN sitat gətirib.
“2026-cı il Entoni Coşuanın karyerasının son ili ola bilər. Düzdür, bununla bağlı dəqiq fikir bildirmək çətindir, amma biz daha üç döyüş gözləyirik.
O, Daniel Dyudua ilə rinqə çıxa bilərdi, lakin əgər Tayson Fyuri ilə döyüş baş tutsa, mən deyərdim ki, biz boksda əsasən hər şeyi etmiş olacağıq”, – Hirn bildirib.
2022-ci ilin avqustunda Aleksandr Usikə ikinci məğlubiyyətindən bəri Coşua ardıcıl dörd qələbə qazandı.
Lakin ötən ilin sentyabrında o, gözlənilmədən IBF-nin ağır çəki dərəcəsində titulu uğrunda döyüşdə Danielə uduzdu.
Aut.az
