“Tottenhem” “Yunayted”in sahibinin şirkətini məhkəməyə verdi
“Tottenhem” London Ticarət Məhkəməsində “Mançester Yunayted”in həmsədri olan Cim Ratkliffin ortağı olan “INEOS Automotive”ə qarşı iddia qaldırıb.
Klub şirkətin müqavilə öhdəliklərini yerinə yetirmədiyini diia edir.
Aut.az xəbər verir ki, INEOS 2022-ci ildə Ratkliff “Mançester Yunayted”dəki payı almadan əvvəl “Tottenhem”lə beş illik müqavilə bağlayıb. “INEOS Grenadier” London komandasının rəsmi tərəfdaşı olub və klubu avtomobillərlə təmin etməyi öhdəsinə götürüb.
2025-ci ilin martında INEOS, beş illik müqavilənin 3 ili bitdikdən sonra London klubu ilə sponsorluq müqaviləsindən çıxıb.
“INEOS Automotive”, INEOS Qrupunun 2020-ci ildə klubla bağladığı tərəfdaşlıq müqaviləsindən sonra 2022-ci ildən “Tottenhem”in tərəfdaşıdır.
Bizim tərəfdaşlıq müqaviləmizə xitam vermək üçün müqavilə hüququmuz var idi və biz ondan 2024-cü ilin dekabrında istifadə etdik”, – şirkətdən bildiriblər.
Aut.az
