Simeone niyə hələ də “Atletiko”da işləyir? – Hiss edirəm ki…
“Atletiko Madrid”in baş məşqçisi Dieqo Simeone niyə ispan klubunda işləməyə davam etdiyini açıqlayıb. Argentinalı 2011-ci ildən komandaya rəhbərlik edir.
Aut.az xəbər verir ki, Simeone bu barədə DAZN-ə danışıb.
“Niyə mən hələ də buradayam? Çünki daha yaxşı günlər gəldi və mən hələ də təkmilləşmə üçün fürsətin olduğuna və klubun son iki-üç ildə düzgün yolda olduğuna inanıram. Keçən mövsümdən etibarən düşünürəm ki, biz canlandıq və rəqabətədavamlı olduq.
Klub çox sürətlə inkişaf edir. Həmişə deyirdim ki, mən gələndə komanda klubdan daha sürətlə böyüyürdü. Daha sonra klub komandanı üstələdi. Sonra keçid mərhələsində bir qədər ilişdik. Hiss edirəm ki, bizi qarşıda daha yaxşı bir şey gözləyir”, – Simeone deyib.
Aut.az
