Digər

Beşqat Ukrayna çempionu müharibədə ağır yaralandı

“Sokolun” heyətində beşqat Ukrayna çempionu olan Aleksandr Matviyçuk Rusiya ilə müharibədə ağır yaralanıb.

Aut.az xəbər verir ki, bu barədə Kiyev klubu sosial şəbəkələrdə məlumat yayıb.

Mənbənin məlumatına görə, 50 yaşlı sabiq xokkeyçi iyunun 10-da döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanıb.

“Aleksandr Matviyçuk və üç yoldaşı düşmənin pusqusuna düşüb. Xoşbəxtlikdən üç nəfərin vəziyyəti ağır olsa da, hamı sağ qalıb.

Aleksandrı qarşıda uzun və olduqca bahalı müalicə, onlarla əməliyyat və uzun bir reabilitasiya dövrü gözləyir. Matviyçukun ailəsi bu vəziyyətin öhdəsindən təkbaşına gələ bilməyəcək və ona görə də kömək istəyirlər.

Biz bütün qayğıkeş insanlara müraciət edərək, Aleksandr Matviyçukun tənəffüs funksiyalarının bərpasına, üzündə plastik əməliyyat keçirməsinə və həyat keyfiyyətinin bərpasına köməklik göstərilməsi xahişi ilə müraciət edirik”, – klubun bəyanatında deyilir.

Aut.az