Dünya futbolu

Ərəblər onun başının üstünü kəsdirdilər

Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondunun (PİF) nümayəndələri Fransa milli komandasının baş məşqçisi Didye Deşamın ətrafı ilə əlaqə saxlayaraq mütəxəssisin 2026-cı il dünya çempionatından sonra Səudiyyə Ərəbistanına mümkün keçidi ilə bağlı müzakirə aparıblar.

Aut.az xəbər verir ki, məşqçiyə yaxın mənbələr, ciddi danışıqlara başlamaq üçün çox tez olsa belə, Səudiyyə Ərəbistanından marağın olduğunu etiraf ediblər.

Deşam 2012-ci ildən Fransa yığmasına başçılıq edir. Onun rəhbərliyi altında yığma DÇ-2018-in qalibi olub, DÇ-2022-də isə finala yüksəlib.

Onun Fransa Futbol Federasiyası ilə hazırkı müqaviləsi 2026-cı il Dünya Çempionatının sonuna qədərdir və fevral ayında Deşam müqaviləsini yeniləməyəcəyini və 14 il çalışdıqdan sonra milli komandanı tərk edəcəyini açıqlamışdı.

Aut.az