Azərbaycan futbolu

II Liqada may ayının ən yaxşı qolunu kim vurub?

II Liqada “Ayın qolu” layihəsi çərçivəsində “Hypers Guba” klubunun futbolçusu Hüseyn Novruzov mükafatlandırılıb.

Aut.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətindən məlumat verilib.

May ayının ən yaxşı qolunun müəllifinə mükafatı AFFA-nın inzibati binasında PFL-in Media şöbəsinin rəisi Müzəffər Müzəffərli təqdim edib.