Millimiz Özbəkistana uduzdu
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda qüvvəsini sınayıb.
Aut.az xəbər verir ki, yığmamız Özbəkistanlı həmyaşıdları ilə üz-üzə gəlib. Daşkənddə baş tutan qarşılaşma Asiya təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, iki gün sonta bu komandalar arasında növbəti oyun keçiriləcək.
