İtaliya

“İnter” yeni baş məşqçisini rəsmən təqdim etdi

Kristian Kivu “İnter”in baş məşqçisi təyin olunub.

Aut.az klubun saytına istinadla xəbər verir ki, tərəflər 30 iyun 2027-ci ilə qədər müqavilə imzalayıb.

2025-ci ilin fevralından 44 yaşlı rumıniyalı mütəxəssis ötən mövsüm İtaliya çempionatında 16-cı yeri tutan “Parma”ya rəhbərlik edirdi.

Kivu futbolçu kimi “İnter”, “Ayaks” və “Roma”da çıxış edib.

“İnter” ötən mövsüm A Seriyasını ikinci pillədə başa vurdu və Çempionlar Liqasının finalına yüksəldi və burada PSJ-yə məlub oldu.

Komandanın sabiq baş məşqçisi Simone İndzaqi Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçib.

Aut.az