Dünya futbolu

Ançelotti oğlunu da yanına apardı

Karlo Ançelottinin oğlu David Ançelotti Braziliya millisinin məşqçilər korpusuna qoşulub.

Aut.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano “X” sosial şəbəkəsində məlumat verib. Onun sözlərinə görə, 35 yaşlı mütəxəssis artıq müqavilə imzalayıb və yaxın vaxtlarda rəsmi təsdiqlənməsi gözlənilir.

David 2016-cı ildən atası ilə birlikdə “Bayern”, “Napoli”, “Everton” və “Real”da çalışıb.

Daha əvvəl bildirilmişdi ki, Sesk Fabreqas gedərsə, Ançelottinin oğlu “Komo”da baş məşqçi postunu tuta bilər , lakin klub ispan məşqçi ilə ayrılmaq fikrində olmadığını açıqlayıb.

Aut.az