“Siti” Özbəkistanı belə təbrik etdi – FOTO
“Mançester Siti”nin rəsmi sosial media hesabı müdafiəçisi Abdukodir Xusanovu və Özbəkistan millisini dünya çempionatına vəsiqə qazanması münasibətilə təbrik edib.
Cümə axşamı, iyunun 5-də Özbəkistan millisi BƏƏ ilə heç-heçə oynayıb (0:0) və 2026-cı il dünya çempionatına birbaşa vəsiqəni təmin edib.
“Abdukodir Xusanovu və bütün Özbəkistan milli komandasını tarixdə ilk dəfə Dünya Çempionatına vəsiqə qazanmaları münasibətilə təbrik edirik”, – İngiltərə klubunun bəyanatında deyilir.

Aut.az
