Ronaldo qol vurdu, rekordunu yaxşılaşdırdı
Portuqaliya yığmasının kapitanı Kriştiano Ronaldo Millətlər Liqasının yarımfinalında Almaniyaya qarşı oyunda qol vurub
Aut.az xəbər veirr ki, 40 yaşlı hücumçu Münhendə keçirilən qarşılaşmada 68-ci dəqiqədə fərqlənib və komandasının 2:1 hesablı qələbəsində pay sahibi olub.
Ronaldo milli komandalar səviyyəsində ən çox qol vuran futbolçudur — onun aktivində 220 oyunda 137 qol var. Bu göstəricidə ikinci yerdə Argentina millisinin hücumçusu Lionel Messi qərarlaşıb — 112 qol.
Ümumilikdə Krişin peşəkar karyerası ərzində vurduğu qolların sayı 937-yə çatıb. Bunlardan 800-ü klub səviyyəsində, 137-si isə milli komanda ilə qeydə alınıb.
Aut.az
