Dünya futbolu

Millətlər Liqası: Portuqaliya finalda

UEFA Millətlər Liqasında yarımfinal mərhələsinə start verilib.

Aut.az xəbər verir ki, ilk oyun günündə bir oyun keçirilib.

Almaniya Portuqaliya ilə qarşılaşıb. Portuqaliya hesabda geri düşməsinə baxmayaraq, sonradan 2 qol vuraraq matçdan 2:1 hesablı qələbə ilə ayrılıb və finala yüksəlib.

Qeyd edək ki, daha bir yarımfinal matçı olan İspaniya – Fransa görüşü isə sabah baş tutacaq.

UEFA Millətlər Liqası

Yarımfinal

23:10 Almaniya – Portuqaliya 1:2

Qol: F.Virtz,49, – F.Konseysao,63, K.Ronaldo,68