Flik Yamala belə tərbiyə verdi, şortunu yuxarı çəkdi – VİDEO
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik məşq zamanı Lamin Yamala yaxınlaşıb və 17 yaşlı futbolçunun şortikini yuxarı çəkib.
İspan cinah oyunçusu daha əvvəl məşq zamanı qol vurarkən şortunu aşağı çəkmişdi.
Buna görə futbolçu tənqid edilmişdi. Niderland yığmasının və “Real”ın keçmiş yarımmüdafiəçisi Rafael van der Vaart bunu qeyri-ciddi davranış kimi qiymətləndirmişdi.
Ötən mövsüm Yamal klub səviyyəsində 55 matçda iştirak edib, 18 qol vurub və 21 məhsuldar ötürmə edib.
Aut.az
