Azərbaycan futbolu

Benzia “Qarabağ”dan ayrılıb? – Şahruddinin şərhi aranı qarışdırdı

Yassin Benzia “Qarabağ”dan ayrılır? Bu gün bu sual sosial şəbəkələrin Azərbaycan seqmentindəki əsas mövzulardan biridir. Hər kəsin diqqəti onun “İnstagram”da ötən gün etdiyi paylaşıma yönəlib.

Aut.az xəbər verir ki, məsələ hətta onun postu deyil. Komanda yoldaşı, qapıçı Şahruddin Məhəmmədəliyevin yazdığı şərhdir.

Belə ki, Əlcəzair millisinin düşərgəsinə qoşulan Benzia “Yeni toplanışa xoş gəlmisiniz. Yenə də bayrağımızı dalğalandırmağın qürur və sevinci. İrəli” sözləri yazılmış paylaşım edib. Hər kəs ona uğurlar arzuladığı vaxtda Şahruddinin şərh aranı qarışdırıb. Azərbaycan millisinin üzvü “hər şeyə üçün təşəkkürlər” yazmaqla şaiyələrin yayılmasına səbəb olub.

Yassinin “Qarabağ”la müqaviləsi bitmək üzrədir. Ağdam təmsilçisi təcrübəli yarımmüdafiəçi ilə bir müddətdir danışıqlar aparır və ortaq məxrəcə gələ bilmir. Bu, maliyyə məsələləri ilə bağlıdır. Belə bir vaxtda Məhəmmədəliyevin yazdığı şərh fikirləri qarışdırıb və danışıqların uğursuzluqla yekunlaşması ilə bağlı mövqenin ortaya çıxmasına səbəb olub.

Benzia “Qarabağ”dan ayrılıb? - Şahruddinin şərhi aranı qarışdırdı