İngiltərə

Amorim onu komandasında görmək istəmir

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim hücumçu Ceydon Sançonu komandasında görmək istəmir.

Aut.az xəbər verir ki, bu barədə “Mirror” məlumat yayıb.

Ötən mövsüm futbolçu icarə əsasında “Çelsi”də çıxış edib. Londonlular “qırmızı şeytanlar”a 5 milyon funt sterlinq təzminat ödəyərək futbolçunun hüquqlarını satın almadılar. İndi ingilisin gələcəyi sual altındadır. Onun transfer dəyəri 28 milyon avro olaraq qiymətləndirilir.

Daha əvvəl mətbuatda 25 yaşlı futbolçunun Mançester klubunda maaşının həftəlik 300 min funt-sterlinqə (357 min avro) qədər olduğu bildirilirdi.

Aut.az