“Barsa”nın ulduzu Enrike haqda: Mənim üçün bir nömrədir
“Barselona”nın futbolçusu Qavi PSJ ilə Çempionlar Liqasını qazanan Luis Enrike haqda danışıb.
Aut.az xəbər verir ki, Qavi Enrikeyə görə çox sevindiyini bildirib.
“Mənim üçün o, ən yaxşısıdır, bir nömrədir. Onun üçün çox xoşbəxtəm, çünki buna layiqdir. O, ailəsi və köməkçisi Rafael Pol buna layiqdirlər”, – “Barselona”nın yarımmüdafiəçisi deyib.
Qavi İspaniya millisində 2021-ci ildə, 17 yaşında olarkən debüt edib. Həmin vaxt milli komandanı Luis Enrike çalışdırırdı.
PSJ ilə Çempionlar Liqasında qələbə məşqçinin karyerasında ikinci oldu. O, daha əvvəl 2015-ci ildə “Barselona” ilə bu turnirdə qalib gəlib.
Aut.az
