Zidan ərəblərin fantastik təklifini rədd etdi
“Real”ın sabiq baş məşqçisi Zinəddin Zidan Səudiyyə Ərəbistanı Pro Liqasından gələn fantastik təklifi rədd edib.
Aut.az xəbər verir ki, bu barədə “L’Équipe” nəşri məlumat yayıb.
52 yaşlı mütəxəssis “Əl-Hilal” klubunun ona təklif etdiyi 100 milyon avroluq birillik müqaviləni qəbul etməyib.
Zidanın imtinasından sonra “İnter”i çalışdıran Simone İnzaqi “Əl-Hilal”ın baş məşqçi postuna əsas namizəd hesab olunur.
“Zizu” məşqçilik karyerasını yalnız “Real”da keçirib. O, 2021-ci ildə Madrid klubunun əsas komandasının baş məşqçi postundan ayrılıb və o vaxtdan bəri işsizdir.
Aut.az
