PSJ-nin bu 3 futbolçusu medal alacaq, amma ÇL-in qalibi sayılmayacaq
Ötən qış başqa klublara icarəyə verilən PSJ futbolçuları Marko Asensio , Randal Kolo Muani və Milan Skrinyar Çempionlar Liqasının qalibi sayılmır.
Aut.az xəbər verir ki, bu barədə “RMC Sport”a UEFA-dan məlumat verilib.
UEFA-nın reqlamentinə görə, qalib sayılmaq üçün futbolçu finalın keçirildiyi tarixdə klubda qeydiyyatda olmalıdır.
Asensio, Kolo Muani və Skrinyar PSJ-nin Çempionlar Liqasının finalı üçün heyətində yox idi.
Bununla belə, qalib komanda 50 qızıl, finalçı isə 50 gümüş medal aldığından, Fransa nəhəngləri onları icarədə olan oyunçulara verə bilər.
Qeyd edək ki, Skrinyar ötən mövsüm Çempionlar Liqasında PSJ-nin heyətində bir oyun belə keçirməyib. Asensio və Kolo Muani yarışın dörd oyununda iştirak ediblər.
Turnirin həlledici oyununda PSJ “İnter”i 5:0 hesabı ilə məğlub edib.
Aut.az
