Milliyə “yox” dedi – Cəzalanacaq?
“Fiorentina” və Anqola yığmasının hücumçusu Mbala N’Zola qarşıdan gələn Afrika Millətlər Kubokunda milli komandada oynamaqdan imtina etdiyi üçün futboldan uzaqlaşdırıla bilər.
Aut.az xəbər verir ki, bu barədə “Corriere dello Sport” məlumat yayıb.
Mənbənin sözlərinə görə, N’Zola bu həftənin şənbə gününə qədər yekun qərar verməlidir. Anqolalı futbolçunun milli komandasında oynaya bilməməsinin səbəbini əsaslandırmalı olduğu vurğulanır. Əgər o, bunu etməsə, Anqola Futbol Federasiyası tərəfindən cəzalandırıla bilər. Bundan əlavə, onun FİFA-nın daha ciddi tədbirləri ilə üz-üzə qalmaq ehtimalı var. Bu da onun futboldan uzaqlaşdırılması ilə nəticələnə bilər.
Xatırladaq ki, 2024-cü ildə Afrika Millətlər Kuboku yanvarın 13-dən fevralın 11-dək Kot-d’İvuarda keçiriləcək.
Aut.az
