Dünya futbolu

Mayamidə Messiyə görə həyat dayanıb – VİDEO/FOTO

Bu günlərdə futbol dünyasının diqqəti okeanın o tayına yönəlib. Bazar günü – iyulun 16-da Lionel Messi “İnter Mayami”nin yeni transferi kimi rəsmən təqdim olunacaq. Son 6-7 ay ərzində Avropadan kənarda baş tutan futbolçuların təqdimatına alışmışıq. Ancaq bu, digərlərindən fərqlənir.

“İnter”in ev oyunlarını keçirdiyi arenada mərasimlə bağlı işlər başa çatmaq üzrədir. Təqdimat üçün əlavə stendlər, səs qurğuları qurulur. Bütün işlərə klubun sahibi, əfsanəvi futbolçu Devid Bekhem şəxsən nəzarət edir. O, nəinki stadionda hətta bütün şəhərdəki təşkilatçılıq işləri ilə maraqlanır. Boşuna demirlər ki, zərin qədrini zərgər bilər.

Mayamidə Messiyə görə həyat dayanıb - VİDEO/FOTO

Mayamidə Messiyə görə həyat dayanıb - VİDEO/FOTO

Yeri gəlmişkən, təqdimat 16 iyul bazar gününə planlaşdırılıb. Klub tədbirə böyük əhəmiyyət verir. ABŞ mətbuatının iddiasına görə, “İnter Mayami” təqdimata Latın Amerikası səhnəsinin super ulduzları olan Şakiranı, Maluma və Bad Bunni dəvət etməyi planlaşdırır.

Bu arada, Messinin şəxsi fanatları artıq “İnter Mayami” stadionuna toplaşır. Təşkilatçılar qeyd edirlər ki, abonement sahibləri argentinalının təqdimatını pulsuz ziyarət edə biləcəklər. Digərləri bilet almalı olacaqlar.

Mayamidə Messiyə görə həyat dayanıb - VİDEO/FOTO

Mayamidə Messiyə görə həyat dayanıb - VİDEO/FOTO

“İnter Mayami”nin mağazasında da hazırlıq gedir. Satıcılar zalda Messinin adı yazılmış formaları asmağa başlayıblar. Maraqlıdır, onlar superulduzun azarkeşləri tərəfindən nə qədər tez alınacaq?

Lionelin gəlişi ilə şəhər də dəyişdi. Mayamidə argentinalının təsviri olan nəhəng divar rəsmləri peyda olub. Bekhem özü şah əsərin yaradılmasında iştirak edib.

Mayamidə Messiyə görə həyat dayanıb - VİDEO/FOTO

Mayamidə Messiyə görə həyat dayanıb - VİDEO/FOTO

Mayamidə Messiyə görə həyat dayanıb - VİDEO/FOTO