İngiltərə

“Yunayted”in futbolçusu bu ölkədə təhqiramiz jest göstərdi, ara qarışdı – VİDEO

“Mançester Yunayted”in Asiya turu münaqişəsiz keçməyib.

Aut.az xəbər verir ki, bu dəfə yarımmüdafiəçi Amad Diallo gündəmə gəlib.

Onun Malayziyada avtobusdan düşərkən azarkeşlərə orta barmağını göstərməsi sosial mediada qəzəbli reaksiyaya səbəb olub.

“Qırmızı şeytanlar”ın futbolçusu hərəkətinin anasının təhqir edilməsinə cavab olduğunu deyib:

“Pərəstişkarlara hörmət edirəm, amma anamı təhqir edənlərə yox. Belə reaksiya verməməliydim, amma etdiyimə görə də peşman deyiləm”.