“Real”ı VAR yıxıb?
İspaniyanın AS qəzeti La Liqa mövsümündə VAR sisteminin müdaxilələri ilə bağlı araşdırma aparıb və statistik məlumatları dərc edib.
Aut.az xəbər verir ki, geridə qalan mövsüm VAR müdaxilələrinin sayına görə rekord qırıb. Ümumilikdə 189 fakt qeydə alınıb. Bunlardan 62-si qola, 86-sı penaltiyə, 40-ı birbaşa qırmızı vərəqəyə və 1-i isə futbolçunun səhv identifikasiyasına aid olub. Müqayisə üçün qeyd edək ki, ötən mövsümdə bu rəqəm 179 idi.
Araşdırmada VAR qərarlarının klublar üzrə bölgüsü də göstərilib. Məlum olub ki, ən çox qərar “Real” və “Alaves”in əleyhinə verilib – hərəyə 16 dəfə. “Qalaktikos”un xeyrinə isə cəmi 9 qərar çıxarılıb.
Ən diqqətçəkən məqamlardan biri odur ki, Madrid təmsilçisinin əsas rəqibi “Barselona” üçün vəziyyət tam əksinə olub. Kataloniyalıların xeyrinə 16, əleyhinə isə 7 qərar verilib.
Həmçinin qeyd olunub ki, “Real”ın oyunlarında hakimlər komandaya qarşı 8 dəfə qolu ləğv edib, “Barsa”nın oyunlarında isə rəqiblərinin qolları 5 dəfə sayılmayıb.
Aut.az

