Konfrans Liqası

Konfrans Liqasının qalibi kim olacaq?

Bu gün UEFA Konfrans Liqasında 2024/25 mövsümünün qalibi müəyyənləşəcək.

Aut.az xəbər verir ki, final görüşündə İngiltərə nəhəngi “Çelsi” İspaniya təmsilçisi “Betis” ilə üz-üzə gələcək. Polşadakı “Vrotslav” stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qarşılaşmanı Bosniya və Herseqovinadan olan referi İrfan Palto idarə edəcək.

UEFA Konfrans Liqası, Fimal
28 may
23:00 Betis – Çelsi
Baş hakim: İrfan Palto
“Vrotslav” stadionu, Polşa.