Premyer Liqanı tərk edən klub 110 milyon alıb: Bəs çempion nə qədər qazanıb?
İngiltərə çempionu olan “Liverpul” ötən mövsüm 181,5 milyon funt-sterlinq mükafat qazanıb.
Aut.az xəbər verir ki, bu barədə “Athletic” məlumat yayıb.
Mənbəyə görə, ikinci yerdə qərarlaşan “Arsenal” 177,8 milyon funt-sterlinq qazanıb. Üçüncü yerdə qərarlaşan “Mançester Siti” isə 171,5 milyon funt-sterlinqə sahib olub.
Çempionlar Liqasına da vəsiqə qazanan “Çelsi” və “Nyukasl” müvafiq olaraq 169,5 milyon funt-sterlinq və 165,8 milyon funt-sterlinq pul mükafatı alıb.
Qeyd edək ki, sonuncu, 20-ci yerdə olan “Sauthempton” 110,9 milyon funt-sterlinq qazanıb. İngiltərə Premyer Liqasını tərk edən “İpsviç” 112,9 milyon, “Lester” isə 119,2 milyon funt-sterlinq qazanıb.
Aut.az
