Modriç böyüklüyü: Görün o epizodda Mbappe haqda nə deyib – FOTO
Luka Modriç “Real”ın heyətində son oyunlarından birini (yayda gedəcək) “Real Sosyedad”a qarşı oyunda keçirdi və niyə təkcə klubun deyil, bütövlükdə dünya futbolunun əfsanəsi sayıldığını göstərdi.
Aut.az xəbər verir ki, 35-ci dəqiqədə madridlilər penalti qazanıblar. VAR hakimləri hadisəni yoxlayarkən kameralar Asensio və Modriç arasında dialoqu yazıb:
“Niyə penaltini yerinə yetirmirsən?”, Asensio Lukadan soruşub. “Yox, yox, Kilianın buna (“Qızıl buts” üçün) ehtiyacı var” deyə xorvat cavab verib.
Bundan sonra o, “Kilina, vur” deyərək birbaşa Mbappeyə müraciət edib. Bu məqam Modriç haqqında çox şey deyir: karyerasının sonunda o, komanda haqqında düşünməyə davam edir, komanda yoldaşlarının maraqlarını öz maraqlarından üstün tutur, şəxsi şöhrətin arxasınca getmir və yeni liderləri dəstəkləyir. Onun təvazökarlığı, hörməti və liderliyi müasir futbolda çatışmayan bir məqamdır.
Kilian Mbappe mövsümü 31 qolla başa vurdu və “Qızıl buts”u qazandı.

Aut.az
