Kateqoriyasız

Həbibin mərhum atasının sevimli futbolçuları – FOTO

Həbib Nurməhəmmədov mərhum atasının sevimli futbolçuları haqda məlumat verib.

Aut.az xəbər verir ki, Həbib bu barədə sosial şəbəkədə paylaşım edib.

“1998, 2000 və 2002 – üç Çempionlar Liqası. Və bütün bunları dünən olubmuş kimi xatırlayıram. Atamla birlikdə izlədiyimi xatırlayıram.

Bu, onun sevimli kombinasiyası idi. Hücuma çıxışları ilə rəqiblərini qorxudan iki müdafiəçi”, – UFC əfsanəsi Roberto Karlos və Mişel Salqadonun şəklini paylaşaraq yazıb.

Roberto Karlos 1996-2007-ci,  Salqado isə 1999-2009-cu illərdə illərdə “Real Madrid”də çıxış edib.

Aut.az

Həbibin mərhum atasının sevimli futbolçuları – FOTO