“Qızıl əlcək” iki qapıçıya verildi
“Arsenal”ın qapıçısı David Raya və “Nottingem Forest”in qolkiper Matts Sels 2024/25 mövsümündə İngiltərə Premyer Liqasının ən yaxşı qapıçıları seçiliblər.
Aut.az xəbər verir ki, hər iki oyunçu 13 oyunda qapısını toxunulmaz saxlayaraq “Qızıl əlcək” mükafatına layiq görülüb.
David Raya üçün bu, karyerasında ikinci belə mükafatdır, Matts Sels üçün isə ilkdir.
Qeyd edək ki, 2004/05 mövsümündən bəri “Qızıl əlcək” mükafatının tarixində cəmi üçüncü dəfədir ki, iki qapıçı eyni sayda “quru oyun” keçirərək mükafatı bölüşür.
“Arsenal” mövsümü Premyer Liqada ikinci pillədə tamamlayıb, “Nottingem Forest” isə 7-ci yeri tutaraq Konfrans Liqasında iştirak hüququ qazanıb.
Aut.az
