Rusiyalı dopinqə görə cəzalandı: Əfsanə Olimpiya çempionu elan edildi
Əfsanəvi fransız biatlonçusu Martin Furkad rusiyalı Yevgeni Ustyuqovun dopinqə görə cəzalanması sayəsində Vankuver Olimpiadasında qızıl medal qazanıb.
Aut.az xəbər verir ki, bu barədə Beynəlxalq Biatlon İttifaqı məlumat yayıb.
Mayın 21-də İsveçrə Federal Məhkəməsi Ustyuqovun 2010-2014-cü illər arasında dopinqlə bağlı müraciətini rədd edib. Beləliklə, Vankuver və Soçidə keçirilən Olimpiya Oyunlarında rusiyalının bütün nəticələri ləğv olunub.
Bundan sonra Furkarda 2010-cu ildə Vankuverdə keçirilən Olimpiadanın qızıl medalı verilib.
Beləliklə, fransalı fərdi yarışlarda medal sayına görə norveçli Ole Eynar Bjoerndalenə çatıb. Onların hər biri altı medalla ən çox medal qazanan Olimpiya biatlonçusudur.
Xatırladaq ki, 36 yaşlı Furkad 2020-ci ilin martında biatlon karyerasını başa vurub.F evralın əvvəlində fransız 2030-cu il Qış Olimpiya Oyunlarının təşkilat komitəsinə rəhbərlik etməkdən imtina edib.
Aut.az
