İngiltərə Macarıstanla bərabərə qaldı
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.
Aut.az xəbər verir ki, İngiltərə və Macarıstan yığmaları C qrupunun oyununda üz-üzə gəliblər.
Milli Gimnastika Arenasında reallaşan qarşılaşmada qalib müəyyənləşməyib – 1:1.
İngiltərə I turda Ukraynanı 4 cavabsız qolla üstələyib. Macarlar isə Türkiyə ilə bərabərə qalıb – 1:1.
C qrupunun Ukrayna – Türkiyə matçı bu gün, saat 19:30-da başlayacaq.
Qeyd edək ki, dünya çempionatına iyunun 1-də yekun vurulacaq.
