İspaniya

Dəqiqləşdi: KDÇ-dən sonra “Real”dan daha bir ulduz ayrılacaq

“Real”ın müdafiəçisi Lukas Vaskes yayda klubu tərk edəcək.

Aut.az xəbər verir ki, bu barədə nüfuzlu futbol insayderi Fabritsio Romano məlumat verib.

Romano “X” sosial media hesabında “Luks Klublararası Dünya Çempionatından sonra “Real”dan ayrılacaq” yazıb.

Vaskes 2007-ci ildən “kral klubu”nun sistemindədir. Bu müddət ərzində 33 yaşlı futbolçu 398 oyun keçirib və 21 kubok qazanıb. İspan futbolçunun müqaviləsi iyunda başa çatır.

Klublararası Dünya Çempionatı iyunun 15-dən iyulun 13-dək keçiriləcək.

Aut.az